MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, jurnalist Camal Kaşıkçı Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmmədin əmri ilə qətlə yetirilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə “The Washington Post” nəşri yazır. MKİ-nin bəyanatı Səudiyyə Ərəbistanının Baş Prokurorluğunun apardığı istintaqın nəticələrinə ziddir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bildirir ki, şahzadə Məhəmməd ölkədə baş verən hər şeyə nəzarət edir. “MKİ-nin mövqeyi ondan ibarətdir ki, jurnalistin qətli şahzadənin xəbəri və ya birbaşa iştirakı olmadan baş verməzdi”, - deyə nəşrin mənbəsi bildirib. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin mətbuat katibi MKİ-nin ittihamlarını əsassız adlandırıb. Xatırladaq ki, “The Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçıdan oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna səfərindən sonra xəbər yoxdur.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












