MN: “Ermənilərin yararsız hala saldığı “KamAZ” hadisə yerindən çıxarılır”

“Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutub. Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıblar”. Bunu Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarının cəbhə xəttində yerləşən Çəmənli kəndində ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə məruz qalmaları ilə bağlı “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil güllə-baran edilib: “İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda avtomobil hadisə yerindən çıxarılır."
İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar”.
Müdafiə Nazirliyi bildirir ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır: “Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












