MN: “Ermənilərin yük maşınını atəşə tutulması yalandır”

Gündəm 13 Aprel 2018 10:31
MN: “Ermənilərin yük maşınını atəşə tutulması yalandır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yalan məlumatı Artsurun Ovannisyan özünün "Facebook" səhifəsində yayıb

Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən Ermənistanın sərhəd Baqanis kəndində mülki yük maşınının atəşə tutulması barədə Ermənistanın yaydığı məlumat yalandır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün "Facebook" səhifəsində məlumat yayıb ki, guya Azərbaycan SQ Ermənistanın Baqanis sərhəd kəndində mülki yük maşınını atəşə tutub.

Oxunub : 998
ŞƏRH YAZ
Ad

E-mail

Şərh