Mobil telefon cibində partladı - VİDEO

18 yaşlı oğlanın mobil telefonu cibində qəfil partlayıb. Avtosfer.az xəbər verir ki, yanıq xəsarətləri alan gənc xəstəxanalıq olub. Hadisə Rusiyada baş verib. Son dövrlər sosial şəbəkələrdə belə xəbərlərə tez-tez rast gəlinir. Bu məsələ bir daha mobil telefonların hansı səbəbdən partlaya biləcəyi məsələsini aktuallaşdırır. Mütəxəssislər deyirlər ki, telefonun partlamasının bir neçə səbəbi ola bilər. Seymur Yusubovun sözlərinə görə, başlıca səbəb mobil telefonun saatlarla enerjiyə qoşulu vəziyyətdə saxlanılmasıdır. Digər bir səbəb kimi isə orijinal olmayan batareyalardan istifadə göstərilir. Seymur Yusubov deyir ki, belə batareyalar telefonda təkcə partlama yox, digər fəsadlar da yarada bilər. Satışda olan bateriyalarla da maraqlandıq. Satıcılar deyirlər ki, orijinal ilə sadə bateriyaları fərqləndirmək əslində çox asandır. Bundan başqa orijinal batareyalar 1 ay zəmanətlə satılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












