Mobil telefon şüası qaraciyər və ürək xərçənginə səbəb olur

Alimlər müasir smartfonların insan üçün ölümcül təhlükəli olmasını açıqlayıblar. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, onların sözlərinə görə, radiodalğalar qaraciyər və ürək xərçənginə səbəb ola bilər. Bu, “2G” və “3G” şəbəkələrini dəstəkləyən telefonlara şamil edilir. ABŞ Milli Ətraf Mühit Gigiyenası İnstitutunun məlumatına görə, genişmiqyaslı tədqiqat ölkə bioloqları tərəfindən aparılıb. Təcrübələrdə iki yüz laboratoriya siçovulu və siçanı iştirak edib. Gəmiricilər mobil telefon antenalarının təsirini imitasiya edən qəfəsdə yaşayıblar. Bəzi heyvanlar isə hələ bətndə ikən radiodalğaların təsirinə məruz qalıb. Müxtəlif qrup gəmiricilər müxtəlif şüalanma dozaları alıb. Onların biri bir neçə ay, digərləri isə iki ildən çox belə şəraitdə yaşayıb. Tədqiqatdan məlum olub ki, bütün siçanlarda bədxassəli şişlər əmələ gəlib. Bundan başqa, paradoksal effekt aşkarlanıb – onlar radiodalğalardan uzaq olan “həmkar”larından daha uzun ömür sürüblər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












