Monteneqrodakı azərbaycanlılarla bağlı - AÇIQLAMA

Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasından sonra yaranan iğtişaşlar zamanı Türkiyə vətəndaşı ilə yanaşı Azərbaycan vətəndaşı 31 yaşlı Yaqub Qurbanov da saxlanılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan-Monteneqro Parlamentlərarası İşçi Qrupunun sədri Əli Məsimli Modern.az-a açıqlamasında saxlanılanlardan biri istisna olunmaqla, digər azərbaycanlıların buraxıldığını açıqlayıb.
“Monteneqroda baş verən bəzi iğtişaşlar barədə məlumatım var. Oradakı insidentlə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının biri istisna olmaqla, qalanları buraxılıb. Həmin bir nəfərlə bağlı isə hələ yalnız araşdırma gedir. Azərbaycan vətəndaşları yaşadıqları binanın yerli sakinləri tərəfindən daşlanması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ediblər. Müvafiq sorğular, digər müraciətlər də var. Araşdırma davam edir. Həmin sorğular cavablandırıldıqdan sonra məsələyə aydınlıq gələcək”.
Ə.Məsimli hər iki tərəfin baş verənlərin obyektiv araşdırılmasında maraqlı olduğunu vurğulayıb: “Azərbaycanla Monteneqro arasında qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı faydalı və perspektivli əlaqələr qurulub. Hər iki tərəfin səyi ilə bu əlaqələr inkişaf etdirilir. Ona görə də hər iki tərəf maraqlıdır ki, baş verənlər obyektiv araşdırılsın, normallaşsın və münasibətlər artan xətlə daha da inkişaf etsin”.
Qeyd edək ki, miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan 7-si cərimələnib, 8 nəfər barəsində deportasiya qərarı çıxarılıb, 2 nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












