MTK-lar vətəndaşları işıqpuluna görə tələsdirir: “Azərişıq” araşdırmağa başladı - FOTO

Son günlər ölkədəki yeni tikililərdə Mənzil-Tikinti Kooperativlərinin (MTK) nümayəndələrinin özbaşınalıqların vətəndaşların yaşadıqları ərazidən, nəzarətsizlikdən şikayətçi olması ilə nəticələnir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonundakı MTK-ların bəzilərində kommunal xidmət göstərən qurumların adından istifadə halları artıb.
Belə ki, rayonun Elşən Süleymanov, Ceyhun Hacıyev və Əli Vəliyev küçələrindəki yeni tikililərin liftlərinin daxilində, eləcə də binanın fasad hissələrində vətəndalara elektrik enerjisindən istifadəyə görə xəbərdaredici bildiriş mətnləri yapışdırılır. Üstəlik kağızda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) loqosu, qaynar xətt nömrəsi və rayon idarəsinin adı da qeyd olunur. Vətəndaşlar isə qeyd edirlər ki, cəmiyyətin əməkdaşlarının mənzil üçün payladığı bildirişlərdə ayın son günü yazılsa da, MTK nümayəndələrinin yapışdırdığı kağızlarda daha tez, məsələn, ayın 27-si, 29-u ödəniş edilməsi tələb olunur.

Mövzu ilə əlaqədar sosial şəbəkələrdə qeyd edilən ünvanlardan birindən şəkil paylaşılıb. Vətəndaş komendatın hər kəsə qərəzi olduğu üçün kimliyini gizlətməli olduğunu qeyd edib. O vurğulayıb ki, sakinlərdən kimsə rayon icra hakimiyyətinə, yaxud digər aidiyyəti qurumlara şikayət edəndə, onları hansısa ödənişlə bağlı ya sıxışdırırlar, ya da vətəndaşın liftdən, binanın digər kommunal xidmətlərindən istifadəsinə maneələr yaradırlar.
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı saytımıza müsahibəsində deyib ki, yeni tikililərdə hansı qurumun adından istifadə halı müşahidə olunursa, həmin qurum araşdırma başladıb tədbir görməlidir:

“Ehtimal ki, belə addımları MTK nümayəndələri, ya da komendatlıq atır. Onlar özlərinin illik borcunu bağlamaq, yeni ilə problemsiz girə bilmək üçün sakinkləri də tələsdirir. Bununla bağlı əgər “Azərişıq” ASC-nin əməkdaşlarının heç bir əlaqəsi yoxdursa, o zaman qurum araşdırma aparıb tədbir görməlidir. Beynəlxalq təcrübədə bu cür kommunal ödənişlər internet xidmətlərinə görə aylıq ödənişlərə bənzər şəkildə tətbiq edilir. Yəni aylıq ödəniş edilir, əgər ödəniş edilmə dövründən 1 dəqiqə belə keçsə, xidmət dayandırılır. Xaricdə kimsə kommunal ödənişin borcuna görə bizim ölkəmizdəki qədər tolerantlıqla qarşılanmır, bunun da əvəzində insanalr öz məsuliyyətini dərk edir və belə ödənişləri vaxtında ödəyirlər. Bizdə isə vətəndaş idarəyə yaxınlaşıb, xahiş-minnətlə borcu hissə-hissə ödəmək üçün ərizə ilə müraciət edir və s. Vətəndaşlara bu yöndə bütün tolerantlıq göstərilir. Son vaxtlar bir sıra yeni tikililərdə, fərdi evlərdə quraşdırılan sayğaclar bütün ölkə ərazisində yerləşdirilməlidir. Vətəndaş ödədiyi məbləğ qədər limit əldə etsin və o limit başa çatdıqda xidmət dayandırılsın, vaxtında yenidən ödəniş edilsin. Bu çox ədalətli üsuldur və vətəndaş belə olan halda öz məsuliyyətini də dərk edir”.
Lalə Mehralı sonda onu da bildirdi ki, bu mövzuda “Azərişıq” ASC-nin məlumatının olması da istisna edilmir, çünki qurum da özünün illik, yekun hesabatlarını vaxtında tamamlamaq niyyəti olduğu dəqiqdir.
“Azərişıq” ASC-yə mövzu ilə əlaqədar sorğu yönləndirdik. Qurumdan bildirildi ki, məsələ araşdırıldıqdan sonra əhaliyə bu barədə açıqlama veriləcək.
Səfər
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











