MTK-ların binadakı parkinq yerlərini satması qanunidir? – AÇIQLAMA- VİDEO

Paytaxtın bir sıra rayonlarında avtomobillərin parklanması ciddi problem yaradır. Bu hal xüsusilə yeni tikilən göydələnlərin sakinlərini narahat edir. Bəzi sakinlər avtomobillərini binanın qarşısında parkladığı zaman cərimə olunurlar. Maşını yolun kənarında saxlamağa isə sakinləri məcbur edən bir sıra səbəblər var.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yeni tikilən göydələnin sahibi binanın qarajındakı parklama nöqtələrini sakinlərə baha qiymətə təklif edir.
Belə ki, rayonun Maqsud Əlizadə küçəsindəki yeni tikilinin sakinləri yaşadıqları binanın parkinqində yerlərin onlara 30-40 min manata satılmasından narazılıqlarını bildirir. Yolun kənarında maşını parklayarkən isə yol polisi sürücüləri cərimələyir. Binanın altında kiçik bir hissədə parkinq üçün yol çiyni yaradılsa da, yenə də sakinlər üçün kifayət etmir. Vəziyyətdən sui-istifadə edən başqa bir sahibkar da ərazidə qanunsuz parkinq təşkil edib. Bu parkinq üçün isə bina sakini, sahibkar və s. üçün heç bir fərq yoxdur. Hər avtomobil üçün 1 manat alır.
Mövzu ilə əlaqədar əmlak məsələləri üzr ekspert Ramil Osmanlı deyir ki, binaların qarajlarının satılması yalnız bir halda mümkündür:

“Əgər layihələndirmə zamanı binanın altındakı qaraj sahələri layihəyə daxil edilibsə, yalnız bu halda tikinti şirkəti həmin qarajları sata bilər. Amma biz görürük ki, tikinti şirkətləri digər texniki mərtəbələri, digər binaya aid sahələri də layihəyə daxil edib satır. Sonrakı mərhələdə onların sənədləşdirilməsi problemə çevrilir. Bu mənada hesab edirəm ki, qaraj sahələri layihədə nəzərdə tutulubsa, bu sahələrin satılması mümkündür. Qaraj sahələrinə qoyulan qiymətlərə gəlincə, tikinti şirkətlərinin bu qiymətləri özlərinin təyin etmək hüququ var. Qiymət siyasətinə müdaxilə mümkün deyil. Qiymət siyasəti rəqabətə görə təyin edilir”.

Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Könül Rüstəmli deyir ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının hissələrinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissələrinə aid olmayan və birdən çox sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər mülkiyyətçilərə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan belə qarajlardan istifadə üçün ödəniş tələb oluna bilməz.
Səfər
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












