Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqları ilə yanaşı, müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı da təmin edilib.
Dövlətimizin başçısının təsdiqlədiyi yeni qanunla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz və ya 40 manat artırılaraq 320 manata çatdırılıb.
Beləliklə, 2025-ci il fevralın 1-dək məbləği 320 manatdan aşağı olan bütün pensiyalar pensiyaçının hər hansı müraciətinə ehtiyac qalmadan elektron sistem üzərindən, avtomatik artım edilməklə həmin gündən 320 manat olub.
Eyni zamanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 280 deyil, 320 manat olacaq.
Hazırda minimum pensiya məbləği 2025-ci il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (232 manat) 88 manat və ya 38 faiz üstələyir.
Qeyd edək ki, dövlət başçısının 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə bütün pensiyaların 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılması da təmin edilib. Həmçinin istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb.
2018-ci ildən ötən dövrdə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, o cümlədən minimum pensiya 3 dəfəyədək artırılıb. Eyni zamanda orta aylıq pensiya 2,4 dəfə artıb.
2025-ci ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqlarının artımı da təmin edilib. Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.
Ümumilikdə bu ilin əvvəlindən reallaşdırılan növbəti (2018-ci ildən ötən dövrdə 5-ci) sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












