Mübariz Mənsimovdan Eynulla Fətullayevin ittihamlarına SƏRT CAVAB

Mövzuları bitdi, indi çamur atmaq üçün ən ucuz, ən düşük üsula əl atırlar.
Avtosfer.az Enter.News xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov haqqında bəzi media qurumlarında yazılan yazılara reaksiyasında qeyd edib. M.Mənsimov o şayiələri yayanları “ucuz adamlar” adlandırıb və onlara səslənib:
“Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də, Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər.
Biz bu günə qədər 20 minə yaxın tələbəni oxudub, minlərlə insanın Türkiyə və başqa Avropa ölkələrində sağlamlığı üçün öz köməyimizi göstərmişik. Bunları edərkən insanların milli kimliyini soruşmamışıq. Mən nə hansısa etnik maraqları təbliğ edən KİV-i, nə orada danışanları tanıyıram. Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var.
Bizi separatçılıqda ittiham etməyə çalışan bu adamlar görünür, “Palmali Qroup”a məxsus gəmilərin şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlir. 6 ildir ki, “Palmali Qrup”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu gözündə qalıb”.
Mübariz Mənsimov hər zaman özünü bu dövlətin əsgəri hesab etdiyini xüsusi vurğulayıb:
“Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm”.
Qeyd edək ki, bəzi rusdilli media qurumlarında Mübariz Mənsimov və qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin “işbirliyi”, guya birincinin İŞİD neftini daşıması, digərinin “narkotik ticarətinə” rəhbərlik etməsi, həmçinin Mübariz Mənsimovun talış separatizminə, destruktiv müxalifəti təmsil edən Əli Kərimliyə dəstəyi haqda arqumentsiz ittiham irəli sürülməklə, onun ünvanına ağır təhqirlər səsləndirilib.
M.Mənsimovun əleyhinə kampaniya bir müddətdir başlayıb və konkret sifarişlə icra edilir. Rusiyadan maliyyələşdiyi barədə ciddi şübhələr olan bu kampaniya zamanı hədəf seçilən azərbaycanlı milyarder ən ağır sözlərlə təhqir edilir.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










