Müctəba Xamenei Rusiyada müalicə alır?

“İranın yeni Ali Lideri Müctəba Xamenei Moskvada yerləşən özəl xəstəxanada müalicə alır”.
Avtosfer.az xəbər verir ki, bu barədə Küveytin “AJ Jarida” nəşri İranın yeni liderinə yaxın yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
“Müctəba Xamenei sağlamlıq vəziyyəti və təhlükəsizliyi səbəbindən ciddi şəkildə gizli saxlanılan əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya çatdırılıb”, - nəşr iddia edir.
Məlumata görə, Rusiya paytaxtında Xamenei uğurlu əməliyyat keçirib və hazırda Rusiya Prezidenti Vladimir Putinin iqamətgahı yanında özəl xəstəxanada müalicə alır.
Mənbənin sözlərinə görə, Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı fevralın 28-də baş tutan ilk hücumları zamanı yaralanıb. İran tərəfi onun müalicə olunduğu yer barədə məlumatların sızdırılacağından ehtiyat etdiyi üçün Vladimir Putinin Xameneinin Rusiyada müalicə olunması təklifi ilə razılaşıb.
“Rusiya Prezidenti Vladimir Putin ötən həftə iranlı həmkarı Məsud Pezeşkianla söhbəti zamanı Müctəbanın Rusiyada müalicə olunmasını şəxsən təklif edib. Xamenei də daxil olmaqla, İran rəsmiləri Rusiyanın təklifini diqqətlə nəzərdən keçirdikdən sonra onu təsdiqləyiblər”, - nəşr əlavə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mətbuatda yayılan xəbərləri şərh etmək istəməyib.
“Bilirsiniz, biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik”, - Kreml nümayəndəsi brifinq zamanı jurnalistlərə deyib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












