Müdirini öldürən satıcıya ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Sumqayıt şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı Vüsal Novruzov tərəfindən qətlə yetirilib. Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı satıcı Vüsal Novruzov dükanın sahibini bıçaqlayaraq qətlə yetirib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












