Müəllim kurorta getmək üçün ofisdə qeydiyyatdan keçməyə məcburdur – AHİK-in sistemindən ŞİKAYƏT - FOTO

Artıq uzun illərdir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) tərəfindən həm qurum üzvləri, həm də həkim və müəllimlər üçün bəzi sanatoriya və kurort zonalarına turların təşkili həyata keçirilir. Lakin təşkil edilən turizm xidməti hələ də ilk dövrlərdə yaradılan vasitələrlə təmin olunur.
Avtosfer.az-a şikayət edən müəllimlərdən biri deyir ki, qeyd edilən Konfederasiyanın paylaşdığı elandakı telefon nömrələrinin heç birinə zəng çatmır.

Vətəndaşın şikayəti üzrə biz də öz növbəmizdə Konfederasiyanın yaydığı elandakı əlaqə nömrələrinə zəng etməyə çalışdıq. Mobil nömrələrin heç birinə düşə bilmədik. Şəhər telefonuna zəngimiz isə uzun çəkən çağırışlardan sonra cavablandı. Operator xanımlardan birinə vətəndaşın saytımıza şikayət etdiyini dediyimiz an xanım zəngi asdı. İkinci zəngimizdə isə yenə uzun çəkən çağırışlardan sonra başqa bir xanım əməkdaş zəngi açdı. Bu dəfə suallarımızı cavablamağa məcbur qaldığını bildiyi üçün zəngdən imtina edə bilmədi. Amma onun da verdiyi cavablar, “biz işimizi görürük, yalnız edilən zəngləri cavablayırıq. Zənglərə cavab vermək biraz uzun çəkir. Çünki növbəlilik prinsipi var, bəzi vətəndaşlar bu uzun çağırışlardan yorulub zəngdən imtina edirlər” və sairə və i.a.
Konfederasiyanın hər yerdə yaydığı elanda qoyulan QR kod vasitəsilə qeydiyyatdan keçmək mümkün deyil. Qeyd edilən “WhatsApp” nömrələri isə, operator xanımın dediyinə görə, vətəndaşlardan sənəd və s. fotosu istədikləri zaman işlədilən nömrədir. Bir çox hallarda isə hətta vətəndaşları qeydiyyat üçün “İçərişəhər” metrostansiyası yaxınlığındakı ofisə gəlməyə də məcbur edirlər. 2025-ci ildə rəqəmsal innovasiyaların maksimuma çatdığı bir dövrdə Azərbaycanda Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığının Eneolit dövründəkilərlə eyniliyi təşkilat adına utancverici vəziyyətin göstəricisidir.
Bizim zəngimizdən sonra təşvişə düşən Konfederasiya öz elanlarını tələm-tələsik yeniləyib.

Belə ki, əvvəlki QR kod dəyişdirilib və əvvəlki elanda qeyd edilən “WhatsApp” nömrəsi ləğv edilib. Ümid edirik ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vətəndaşların şikayətlərini nəzərə alar və çevik həll yollarını kurort zonalarında istirahət etmək istəyən müştərilərinin istifadəsinə təqdim edər.
Səfər
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












