Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsinin direktoru vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə liseydə təhsil alan şagirdin valideynlərindən biri məlumat verib. Valideynlər məktəbdə təhlükəsizlik tədbirlərinin zəif təşkil olunduğunu iddia edərək, rəhbərliyin məsuliyyət daşıdığını bildirirlər.
Xatırladaq ki, Bakıda yerləşən “İdrak” liseyində müəllimin güllələnməsi faktı ilə bağlı daha əvvəl məlumat yayılmışdı. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Məlumatlara görə, silahlı şagirdin vəzifəli şəxslərdən birinin övladı olduğu iddia edilir. Bu fakt isə cəmiyyətdə ciddi narahatlıq doğurub və digər valideynlər arasında təhlükəsizliklə bağlı suallar yaradıb.
Valideynlər bildirirlər ki, yüksək təhsil haqqı tələb olunan özəl məktəbdə elementar mühafizə tədbirlərinin yetərli olmaması qəbuledilməzdir. Onların sözlərinə görə, məktəbə şagirdin silahla daxil olması mühafizə sistemində ciddi boşluqlardan xəbər verir.
Qeyd edək ki, hadisədən sonra liseyin rəsmi saytına girişdə problemlər yaranıb. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, “İdrak” liseyi professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində təsis edilib, 2014-cü ildən Bakı filialı fəaliyyət göstərir. Liseydə ibtidai, ümumi orta və tam orta təhsil pillələri, həmçinin məktəbəqədər hazırlıq tədris olunur. Təhsil Azərbaycan, rus və ingilis dillərində (IB – Beynəlxalq Bakalavr proqramı üzrə) təşkil edilir.
Bildirilir ki, valideynlər müəyyən saatlarda onlayn kameralar vasitəsilə dərs prosesini izləyə bilir, şagirdlər gündə iki dəfə yeməklə təmin olunur və müəssisə mühafizə xidməti tərəfindən qorunur, kənar şəxslərin girişinə məhdudiyyət tətbiq edilir.
Bununla belə, ictimaiyyəti düşündürən əsas sual açıq qalır: ciddi mühafizə sistemi mövcud olduğu iddia edilən təhsil müəssisəsinə şagird silahı necə keçirə bilib və onu haradan əldə edib? İstintaqın nəticələrinin bu məqamlara aydınlıq gətirəcəyi gözlənilir./Tezadlar.az
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












