Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya silahlı hücum edən şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət və silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Avtosfer.az xəbər verir ki, bu barədə Anews.az-a etibarlı mənbə məlumat verib. Belə ki, bundan əvvəl məktəb administrasiyası onun müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.
Buna baxmayaraq, şagirdin dərslərə davamiyyəti və akademik göstəriciləri yüksək olduğundan, hadisənin bu cür ağır nəticə ilə bitəcəyinə nə məktəb kollektivi, nə də ətrafındakı şəxslər inanmayıb.
Məlumata görə, şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb.
Əldə etdiyimiz məlumata görə, hadisədən bir gün əvvəl şagirdin “Telegram” platformasında naməlum bir qrupa qoşulduğu müəyyən edilib.
Həmin qrup cinayət xarakterli fəaliyyətlə məşğul olub və şagirdə konkret “öhdəlik” verilib. Ona qurban seçmək imkanı təqdim olunub və şagird müəllimi hədəf seçərək onu öldürmək niyyəti güdüb.
Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları məsələni araşdırır.
Ötən gün əvvəl Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 29 yaşlı Şəhla Kamilova məktəbin onuncu sinif şagirdi tərəfindən güllələnib. Onun boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Müəllimə əməliyyat olunub.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












