Müğənnidən etiraf: “Təyyarənin tualetində sekslə məşğul olduq”

İngilis müğənni Lili Allen yeni etiraflar edib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Lili müğənni həmkarı Layam Qallaqerlə 2009-cu ildə təyyarənin tualetində cinsi əlaqəyə girdiyini bildirib. Allen həyatı haqqında kitab yazıb. O, kitabdan bəzi hissələri ingilis mətbuatında paylaşıb. 33 yaşlı müğənninin kitabı "My Thoughts Exactly" adlanır. O, kitabda əri Sem Kuperlə boşandıqdan sonra boşluğa və depresiyaya düşdüyünü bildirir. Allen yazır: "Özümü o qədər tənha və itirilmiş hiss edirdim ki, fahişələrlə də yatağa girdim. Bundan utanmıram amma qürur da duymuram. Pul verib fahişələrlə yatdım, indi etmirəm". Lili bildirib ki, 2009-cu uldə Layamla birlikdə "Fuji Rock Festival"da konsert proqramı ilə çıxış etmək üçün Yaponiyaya səfər edib. O, müğənni həmkarı ilə təyyarənin tualetində cinsi əlaqəyə girib. O dövrdə Layam Nikol Applton ilə evli olub. Lili isə onun evli olduğunu bilməyib və cütlük ayrılana qədər bu barədə danışmayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












