Musson yağışları 167 nəfərin ölümünə səbəb oldu

Hindistanın cənubundakı Kerala Ştatında güclü musson yağışları ölənlərin sayı artıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bir həftədir davam edən yağışlar səbəbi ilə ölənlərin sayı 167 nəfərə çatıb. Yağışlar avqustun 8-də Hindistanın cənub və cənub-qərb rayonlarında başlayıb. Nəticədə onlarla yaşayış məntəqəsində daşqınlar baş verib. Daşqınlar səbəbi ilə ştatın tarixində ilk dəfə olaraq 39 su bəndindən 35-i açılıb. “Elə indicə ştatın baş naziri Pinaray Vicayan ilə telefonla danışdım. Biz Keraladakı daşqınlarla bağlı vəziyyəti müzakirə etdik və xilasetmə işlərinə qiymət verdik” – Hindistanın baş naziri Narendra Modi Twitter hesabında yazıb. Ştatın 14 rayonunda qırmızı təhlükə səviyyəsi elan edilib. Qeyd edək ki, Hindistanda yağışlar mövsümü iyunun ortalarından başlayıb, sentyabrın axırına kimi davam edir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












