“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin təşkil etdiyi “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə deputatlar, dövlət qurumlarının nümayəndələri, nəqliyyat məsələləri üzrə mütəxəssislər, şirkət rəhbərləri, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Ərşad Hüseynov şəhərsalma prosesində piyada təhlükəsizliyinin vacibliyindən danışaraq bu sahədə diqqət yetirilməli əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, “Yol hərəkəti haqqında” Qanun 1998-ci ildə qəbul edilsə də, konsepsiya əslində daha əvvələ, 1970-1980-ci illərə uyğundur:
“Ona görə də Yaponiyaya, Sinqapura getsəz görərsiz ki, onların piyada keçidləri başqa cürdür, başqa cür siqnallaşdırırlar. Orada sürücünün piyada keçidinə sürətlə yaxcınlaşması faktiki olaraq mümkün deyil”.
Nəqliyyat eksperti Elməddin Muradlı Baş Dövlət Yol Polisi İdarəsinin təqdim etdiyi statistikanı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, statistikaya əsasən, 2026-cı ilin ilk 5 ay ərzində baş verən 437 qəza hadisəsi nəticəsində 242 nəfər ölüb, 325 nəfər yaralanıb.
“Əslində bu rəqəm olduqca diqqət çəkməlidir. Çünki 242 nəfərin ölümü sadəcə ilin 5 ayında qeydə alınıb. Dünyanın bir çox ölkələrində belə hallarla bağlı sorğular təşkil edilir və sual da qoyulur ki, il ərzində 242 nəfər qəzalarda ölüb, sizin üçün bu rəqəm nə ifadə edir. Onlar da təqdim edilən statistikaya bir say olaraq yanaşır. Sonra həmin sayda insanı arxasına düzürlər və sorğu iştirakçısından arxaya baxmasını istəyirlər. O 242 nəfərin içərisində həkim, hərbçi, polis, uşaq var. İnsanlar həmin mənzərəni görəndə göz yaşı tökür”.
Millət vəkili Arzuxan Əlizadə bildirib ki, məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, yol hərəkəti qaydalarını pozmaq, ona riayət etməmək insan həyatının itirilməsinə gətirib çıxarır.
“Statistikaya əsasən, il ərzində Azərbaycanda 600-700 nəfər yol-nəqliyyat hadisələrində həyatını itirir. İki minə yaxın insan xəsarət alır, yaralanır, müəyyən qədər əlillik dərəcəsi almış olur. Bu gün dünyada bir sıra münaqişə ocaqları var. Amma bəzən elə olur ki, il ərzində qəzalarda ölənlərin sayı həmin münaqişələrdə ölənlərin sayından çox olur”.
Tədbir digər iştirakçıların da çıxışları və sonda ümumi müzakirələrlə davam edib. Şəhərsalmanın əsas prinsiplərindən birinin piyadaların təhlükəsizliyinin təminatı olması diqqətə çatdırılıb və bu cür tədbirlərin cəmiyyətin maarifləndirilməsində əhəmiyyəti vurğulanıb.
Səfər
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?











