Müştərilərin pulunu mənimsəyən bank işçisinə cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Muradov 8 il, A. Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, R. Muradov vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçirib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












