Müvəqqəti saxlanma yerində monitorinq keçirilib

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov Xətai Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində monitorinq keçirib. Komitədən Avtosfer.az-a verilən məlumata görə, monitorinq saxlanılan şəxslərin saxlanma şəraiti və onlara münasibətlə maraqlanmaq, hüquq və vəzifələrini izah etmək, qidalanma və tibbi xidmətlə tanış olmaq məqsədi daşıyıb. Monitorinq zamanı qanunsuz hal aşkarlanmayıb və heç bir şikayət daxil olmayıb. Bundan əlavə, Bakı şəhərində qadına qarşı soyğunçuluq və əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Qax rayon sakini Yaqub Məmmədov və onun xalası oğlu, Zaqatala rayon sakini İntiqam Yunusovla ayrılıqda görüş keçirilib. Onlar özlərinə qarşı sürülmüş ittihamlardan bıçaqla hədə-qorxu gələrək qadının köməksiz vəziyyətindən istifadə etməklə zorlama faktını etiraf etsələr də, həmin şəxsə qarşı soyğunçuluq etmədiklərini bildiriblər. Xətai rayon Prokurorluğunun sanksiyası ilə hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












