"mygov"dan istifadə edənlərin sayı bu il 5 milyona çatdırılacaq

Bu ilin sonuna qədər Azərbaycanda "mygov" platformasından istifadə edənlərin sayının 5 milyona çatdırılması nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib. "mygov" platforması artıq yeni fəlsəfə ilə bizim istifadəçilərin xidmətinə təqdim edilib. Yalnız ötən il biz təxminən 1,3 milyon yeni nadir istifadəçini "mygov"a gətirə bilmişik. Ötən ilin sonunda bu rəqəm 2,2 milyon təşkil edirdisə, bu ilin yanvar ayının sonuna bu rəqəm artıq təxminən 2,5 milyondur. İstifadəçi dedikdə biz ən azı ay ərzində bir dəfə "mygov" platformasından istifadə edən vətəndaşlarımızı nəzərdə tuturuq. İlin sonuna qədər bu rəqəmin təxminən 5 milyona çatmasını planlaşdırırıq. Bunu nə mümkün etmişdir sualının cavabı, möhtərəm cənab Prezident, rəqəmsallaşmanın bir sənəd və bir qurum mərkəzli yanaşmadan həyat hadisələri yanaşmasına çevrilməsidir. Bir misal üzərində bunu diqqətinizə məruzə etmək istərdim. Biz həyat hadisələrini müəyyən etmişik", - deyə nazir qeyd edib.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












