Nadir Qafarzadənin maşını yolda qaldı; köməyə xüsusi qrup göndərildi - VİDEO

Azərbaycanın tanınmış müğənnilərindən biri Nadir Qafarzadə Moskvada səfərdə olarkən tanışının maşını xarab olub.
Avtosfer.az xəbər verirki, yolda qalan müğənnin köməyinə xüsusi qrup çatıb. Belə ki, Rusiyada 2017-ci ilin mayında yaradılan “Дорожный патруль” adlı yeni xidmət nasazlayan avtomobillərə kömək etməklə səlahiyyətlidir. Yol polisi orqanlarının tərkibində yaradılan qurum yolda qalan şəxslərə dəstək olur. Müğənni yaydığı videoda məsələyə aydınlıq gətirərək bildirib ki, onlar belə bir köməyə görə xidmətin işçilərinə pul da təklif ediblər, qurumun işçiləri, bu bizim işimizdir deyib və puldan imtina edib.
Yolda qalan avtomobilərin akkumulyatorunda nasazlıq yaranıb. Yol Patrul Xidmətinin işçiləri isə yeni akkumulyator gələnə qədər avtomobilin yanında qalıb və buzlu havada sürücü və sərnişinlərə köməklik edib.
Bəs, Azərbaycanda bu məsələ necə tənzimlənir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı mövcud vəziyyəti və mümkün çıxış yollarını şərh edib.

Elməddin Muradlı milli.az-a bildirib ki, hazırda Azərbaycanda yolda qalan avtomobillərə xüsusi olaraq xidmət göstərən ayrıca bir xidmət növü mövcud deyil. "Bununla belə, Yol Polisi əməkdaşları imkanları daxilində yolda qalan vətəndaşlara kömək göstərirlər. Bu yardım əsasən təkərin dəyişdirilməsi, nasaz avtomobilin yol kənarına çıxarılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi kimi halları əhatə edir.Bu gün bu cür yardımlar daha çox milli və mənəvi borc, eləcə də xidməti məsuliyyət çərçivəsində həyata keçirilir. Qanunvericilikdə isə yolda qalan sürücülərə operativ texniki yardım göstərən ayrıca bir xidmət növü nəzərdə tutulmayıb."
Ekspert deyib ki, belə bir xidmətin Azərbaycanda yaradılması, təbii ki, mümkündür.
"Lakin burada əsas məsələ onun hansı qurumun tabeliyində fəaliyyət göstərəcəyi ilə bağlıdır. Bu xidmətin ya Yol Polisinin tabeliyində, ya da ayrı bir qurum və ya müəssisə kimi fəaliyyət göstərməsi variantları nəzərdən keçirilə bilər. Bu baxımdan, xidmətin Yol Polisinin tabeliyində fəaliyyət göstərməsi daha məqsədəuyğun hesab oluna bilər. Çünki polis ölkə üzrə hər yerdə mövcuddur: magistral yollarda stasionar postlar var, rayon və bölgələr üzrə yol polisi bölmələri fəaliyyət göstərir. Bu da yolda qalan sürücülərə daha operativ yardım göstərilməsi üçün geniş imkanlar yaradır."
Nəqliyyat eksperti qeyd edib ki, bu cür xidmətin ödənişsiz şəkildə göstərilməsinin nə dərəcədə real olduğu da ayrıca müzakirə mövzusudur.
"Xidmətin tam pulsuz, qismən ödənişli və ya sığorta mexanizmi əsasında təşkili kimi alternativ modellər də nəzərdən keçirilə bilər."
Səfər
Benzin və dizel ödənişsiz verilir... - Avtomobil sahiblərinin nəzərinə!
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı












