"Nakhchivani Residence" hərəkətli yolu bağladı – ŞOK VİDEO

Son illər paytaxt Bakıda tikilən yaşayış binaları heç bir standartı gözləmədən reallaşmaqdadır. Bayılda baş verən texnogen proseslər, şəhərin ümumi baş planını pozan tikinti layihələri ilbəil çoxalmaqdadır. Artıq bu proseslərlə bağlı ölkə başçısı aidiyyatı qurumlara ciddi irad bildirmiş, problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını vermişdir. Bir çox hallarda isə tikinti şirkətləri sadəcə onların qarşısına qoyulan şərtləri kobud şəkildə pozaraq paytaxtı toz-dumana bürüməkdə, sakinlərin rahat yaşayış tərzini pozmaqda davam edirlər. Binəqədi rayonu, Ə.Naxçıvani və A.Gəraybəyli küçələrinin kəsişməsində inşa edilən "Nakhchivani Residence" layihəsi bu mənada biraz da irəli gedərək unikal addıma imza atıb. Avtosfer.az xəbər verir ki, 7news.az saytının redaksiyasına daxil olan videomüraciətdə deyilir ki, "Nakhchivani Residence" layihəsini icra edən şəxslər şəhəri çirkləndirməklə yanaşı, günün ən pik saatlarında avtomobil yolunu başdan-başa, tamamilə kəsərək ümumi hərəkəti iflic vəziyyətinə salmaqdadır. Videodan da aydın görünür ki, tikinti işlərini aparan şirkət 4-5 avtomobillik yolu tamamilə kəsərək öz mənafeləri naminə minlərlə insanın hüquqlarını pozmaqda davam edirlər. Məsələ ilə bağlı redaksiyamız aidiyyatı qurumlara sorğu göndərəcəkdir. Redaksiyamız günün ən pik saatlarında yük, o cümlədən, ağır tonnajlı avtomobillərin paytaxta girişi, eyni zamanda, hərəkətli, enli bir yolun tamamilə bağlanma məsələsinə rəsmi aydınlıq gətirəcəkdir. Mövzunu davam etdirəcəyik.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA











