Nardaran sakinlərindən silah-sursat götürülüb – VİDEO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatların aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbirləri həyata keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Hatəm Cəlilovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin bağ sahəsinə baxış keçirilən zaman torpağa basdırılmış 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu etiraf edib. Bölmə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasov saxlanılıb. Onun həyətinə baxış zamanı isə torpağa basdırılmış “TOZ-8” modelli lüləsi və qundağı kəsilmiş yivli tüfəng aşkar olunaraq götürülüb. Faktlarla bağlı 42-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə, aşkar edilən silah-sursat isə ekspertizaya göndərilib.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












