Narkoloji Mərkəzdə müalicə olunan şəxs: "Yanğın zamanı palatadan özümüzü birtəhər çölə atdıq"

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rəşad İmanov ifadə verib.
Üç dəfə Mərkəzdə müalicə olunduğunu deyən R.İmanov bildirib ki, sonuncu dəfə yanğından bir həftə əvvəl xəstəxanaya gəlib.
O qeyd edib ki, hadisədən əvvəl palatada 3 nəfərlə birgə qalırmış: "Mən təqsirləndirilən Məhəmməd Məmmədovu ordan tanıyırdım. Həmin gün yanğın baş verəndə yatmışdım. Yuxudan oyananda tüstüdən başqa bir şey görmək mümkün deyildi. Palatadan özümüzü birtəhər çölə atdıq".
Daha sonra sualları cavablandıran R.İmanov yanğının başvermə səbəblərini bilmədiyini deyib.
Zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını vurğulayıb.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










