Narkotik maddələr becərən şəxslər tutulublar - Sabirabadda

Sabirabad rayonunda çətənə kolu aşkarlanıb. Bu barədə Avtosfer.az-a DİN mətbuat xidmətindən bildirilib. Belə ki, daxil olan məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilmiş, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Məsələ ilə əlaqədar olaraq RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni saxlayıb. Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












