Narkotik maddələrin onlayn satışı ilə məşğul olan dəstənin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin onlayn satışı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri - Məhəmməd Əlizadə, Tural Əlizadə, Rafiq Yusubzadə və Samir Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 4-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Əlizadəyə qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri gətirən Bakı şəhər sakinləri - Samir Zeynalov, Sərxan Məmmədov da saxlanılıb. Baxış zamanım S.Zeynalovdan 1 ədəd “Lyrica” kapsulası, 1 büküm “Spays” və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən narkotik vasitələrin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, dəstə üzvlərinin “Baba” kimi tanıdığı şəxs tərəfindən təşkil edilib. Həmin şəxs narkotik maddələri satmaq üçün qeyd edilən şəxslərdən ibarət şəbəkə yaradıb. O, müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib. Araşdırma zamanı məlum olub ki, “Baba” adlı şəxs sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona “paypoint” vasitəsilə ödənilib. Pul hesaba köçürüləndən sonra əməliyyat zamanı saxlanılan şəxslər narkotik maddələri, eləcə də psixotrop dərmanları əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil veriblər.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










