Narkotik satan şəxs avtomobillə polis əməkdaşını vurub- Zaqatalada

Zaqatala rayonunda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılarkən polis əməkdaşını avtomobillə vuraraq qaçmaq istəyib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Nail Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,9 qram, yaşadığı evdən isə 115 qram marixuana aşkar edilib. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəxsin saxlanılması zamanı o, idarə etdiyi “VAZ-2106” markalı avtomobili polis əməkdaşının idarə etdiyi avtomobilə vurub. Bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Mahamalar kənd sakini Fərrux Xəlilov olduğu müəyyən edilib. Axtarış zamanı ondan çəkisi 1 kiloqrama yaxın narkotik vasitə - üzərindən 10 qram, avtomobilindən 557 qram, evindən isə 345 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












