Narkotik satışı ilə məşğul olan ata və oğul tutulub - Astarada

Astara rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Belə ki, Astara RPŞ-yə rayonunun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İran İslam Respublikasında əldə etdikləri külli miqdarda narkotik vasitələri ölkə ərazisinə keçirərək satışı ilə məşğul olmaları barədə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara şəhəri, Azərbaycan küçəsində saxlanılıb. Həkim briqadası ilə birgə keçirilən baxış zamanı H. Yusifovun daxili orqanlarından gömrük nəzarətindən gizli yolla ölkə ərazisinə gətirdikləri 2 bükümdə ümumi çəkisi 50 qram olan narkotik vasitə olan heroin və 1 büküm də 11 ədəd metadon dərman preparatları aşkar edilərək götürülüb. Faktla bağlı Astara RPŞ-nın İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL










