Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Hüseynov saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən 16 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən qurudulmuş formada 1 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib. Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan material araşdırlması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib. Qeyd edək ki, bu 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə ayda Hövsan qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı həyəta keçirilən 4-cü belə əməliyyat tədbiridir.
Namiq
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI












