Narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması, həmçinin sərhədyanı ərazilərdə yabanı şəkildə bitən narkotik xassəli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirlir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, 29 iyul 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisindən qaçaqmal yolu ilə 3 bağlamadan ibarət 6 qutuda 10 milliqramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. 28-31 iyul 2018-ci il tarixlərdə Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Zaqatala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massivlərində 13796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkar olunub və müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.
Namiq
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI






















