Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub - FOTO

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Daxil olan məlumat əsasında Balakən rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun Hənifə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa və dibçəklərə əkilmiş, ümumilikdə, 103 ədəd çətənə kolu, eyni zamanda həmin narkotik vasitələr əkilmiş sahəyə qurudulması üçün sərilmiş, ümumi çəkisi 1 kiloqram 325 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış, qurudulmamış marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Emin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY














