Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb - FOTO

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 5-də Yevlax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, Vüqar Novruzovun evindən xüsusi qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin 5 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Həmin gün polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Azər Hüseynov da saxlanılıb. Şəxsi axtarış zamanı onun sellofan torbada gizlətdiyi, çəkisi 470 qram olan marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












