NASA Yerə doğru hərəkət edən asteroidi dayandırmaq üçün nüvə silahı hazırlayır

Beş yüz metrlik Bennu asteroiti saatda 101,288 kilometr sürətlə Yerə doğru hərəkət edir. "Report" xəbər verir ki, bu barədə "Kratko-news.com" məlumat yayıb. Məlumata görə, alimlər onun planetimiz üçün təhlükə törətdiyini bildirirlər. Mütəxəssislərin sözlərinə görə, asteroid 2035-ci ildə Yerlə toqquşacaq. NASA bunun qarşısını almaq üçün bir neçə variantı nəzərdən keçirir. Məlumata görə, ABŞ "Çəkic" layihəsi ilə 8,8 tonluq "İmpaktor" təyyarəsini kosmosa qaldıracaq, yaxud nüvə silahından istifadə edəcək. "Bir halda ki, asteroid kiçikdir və bizim kifayət qədər vaxtımız var, "İmpaktor"un köməyi ilə onun hərəkət istiqamətini dəyişdirə bilərik. Əgər bizə tələsmək lazım gəlsə, nüvə silahından istifadə edəcəyik", - deyə fizik Devid Dyurborn bildirib. Onun sözlərinə görə, Bennu asteroidin hesablanmış trayektoriya istiqamətində hərəkətini dəyişdirəcəyinə təminat yoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












