Natamam yuxunun yeni fəsadları aşkarlandı

Köln Universitetinin alimləri yuxu çatışmazlığının yeni fəsadlarını üzə çıxarıb. Almaniyalı həkimlər belə bir nəticəyə gəlib ki, az yatan insan zərərli qidalar qəbul etməyə və artıq çəkiyə meyilli olur. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, elmi araşdırmanın nəticələri haqqında press-reliz “Eurekalert!” saytında dərc olunub.
Tədqiqatda 19-33 yaşlarında 32 nəfər iştirak edib. Könüllülər bir həftə intervalla iki funksional maqnit-rezonans tomoqrafiya sessiyasından keçib.
Təcrübədə iştirak edənlər beyin müayinəsindən əvvəl şam yeməyi yeyib. Onların bəziləri evə yollanıb, qalanları laboratoriyada yuxusuz gecə keçirib. Səhər tezdən mütəxəssislər könüllülərin iştaha səviyyəsini qiymətləndirməyə çalışıb.
Əvvəl iştirakçılar yeyilə bilən və yeyilə bilməyən predmetlər təqdim olunub. Onlar həmin predmetləri almaq üçün ödəməyə hazır olduqları maksimal məbləği qiymətləndirib.
Daha sonra beynin tomoqrafiyası zamanı könüllülərə (yeyilə bilən və ya yeyilə bilməyən) əşyanın təsviri göstərilib, onlar iki saniyə ərzində onları seçməli və ya rədd etməli olublar. Bu zaman həm də iştirakçılara həmin obyektin razılaşdırılmış qiyməti göstərilib. Müayinə başa çatandan sonra iştirakçılara həmin qida daha ucuz qiymətə təklif olunub.
Nəticədə, məlum olub ki, yuxu itkisi qidanın subyektiv qiymətini artırır. Belə ki, iştirakçıların qərarların qəbuluna cavab verən badamcıq vəzisi və hipotalamusunda yüksək aktivlik qeydə alınıb. Alimlərin fikrincə, bu, normadan artıq qidalanma və kökəlmə riskinin yüksək olduğuna işarə edir.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO








