Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO

Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının (PUA) qalıqlarına dair görüntülər yayılıb.
Avtosfer.az Globalinfo.az-a istinadən xəbər verir ki, həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran seqmentlərində PUA-nın üzərində guya "İstehsalat Birliyi" ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib.
Bəzi istifadəçilər bundan yola çıxaraq dronun Azərbaycan istehsalı olması ilə bağlı əsassız versiyalar irəli sürməyə cəhd ediblər. Lakin yayılan görüntülərin təhlili göstərir ki, "İstehsalat Birliyi" ifadəsi PUA-nın üzərində deyil. Sözügedən yazı hadisə yerindən qalıqların çıxarılması məqsədilə istifadə olunan torbaların üzərində yazılıb.
Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də hadisə yerində üzərinə "İstehsalat Birliyi" yazılmış bir neçə torbanın olduğu diqqət çəkir.
Bununla yanaşı, ötən gün Naxçıvana atılan dronun İran istehsalı "Araş-2" PUA-sı olması artıq SEPAH mənbələri tərəfindən də təsdiqlənib.
Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir.


ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












