Naxçıvanda 3 hərbçimizin öldüyü qəza necə baş verib? - Yol pis olub

Naxçıvanda hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hərbçilərin olduğu avtomobil Günnüt kəndindən qayıdarkən qarşıdan gələn xüsusi təyinatlı avtomobilə yol vermək üçün yolun sağına çəkilib. Avtomobilin ağırlığına tab gətirməyən yol-asfalt örtüyünün zədələnməsi maşının dərəyə aşmasına səbəb olub.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.
Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI










