Naxçıvandan Bakıya və əks istiqamətə 4 min 800-dən çox sərnişin daşınıb

Avqust ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 2501, Bakıdan Naxçıvana isə 2312 sərnişin daşınıb. Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən Azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən avqust ayında muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinəsi keçirilib, 301 avtobusun qeydiyyatı aparılıb. Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 488 taksi əhaliyə xidmət göstərib. Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilib, istilik sistemlərinin yoxlanılaraq işlək vəziyyətə gətirilməsi üçün lazımi tədbirlər həyata keçirilib. Muzeylərdə taksi sürücülərinin məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunub, həftənin bir günü onların qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












