Nazir ağır qəzada yaralananların vəziyyətini nəzarətə götürdü

Səhiyyə naziri Oqtay Şirəliyev Bakının Binə qəsəbəsindəki qəzada yararlananları xüsusi nəzarətə götürüb. Avtosfer.az xəbrə verir ki, bu barədə modern.az-a nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. S.Əhmədova qeyd edib ki, nazir xəstələrin vəziyyəti ilə maraqlanıb: "Yaralıların vəziyyəti ilə yerində tanış olmaq və lazımi yardımı göstərmək üçün Sabunçu xəstəxanasının 2 uşaq travmatoloqu, 2 nervpotoloqu və Neyrocərrahiyyə Şöbəsinin baş həkimini xəstəxanalara ezam edilib". S.Əhmədova qeyd edib ki, yaralılar birbaşa Oqtay Şirəliyevin nəzarətindədir. Qeyd edək ki, bu gün təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 35 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












