Nazir "Aqrolizinq"in fəaliyyəti ilə tanış oldu

Kənd təsərrüfatı naziri İnam Kərimov "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə tanış olub. Kənd Təsərrüfatı Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nazir əvvəlcə səhmdar cəmiyyətin əməkdaşlarının iş şəraiti ilə tanış olub. İş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.
“Aqrolizinq”in İdarə Heyətinin sədri Elşən Məmmədov Cəmiyyətin fəaliyyətinin bütün istiqamətləri, o cümlədən Avtomatlaşdırılmış İnformasiya Sistemi (AİS) və göstərilən xidmətin elektronlaşdırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.
Nazir daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq”ə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb. İstifadəçiləri diqqətlə dinləyən nazir onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb. Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












