Nazir müavini: Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib

Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Nəqliyyat və əlaqə" mövzusunda paneldə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini bildirib ki, bu gün Azərbaycanın nəqliyyat sektorunun inkişafının əsasını infrastrukturun inkişafı, keyfiyyətin yüksəldilməsi və xidmətin əlçatan olması təşkil edir:
"Bu gün Azərbaycanda nəqliyyat sektorunun inkişafını müşahidə edirik. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkə Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da region üçün nəqliyyat və logistika sahəsində yeni imkanlar yaradır".
E.Vəlizadə qeyd edib ki, Azərbaycanda aviasiya sektorunun modernləşdirilməsi də davam etdirilir:
Bu gün Azərbaycanda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Yeni təyyarələrin alışı və uçuş coğrafiyasının genişləndirilməsi planlaşdırılır".
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












