Nazirlər Kabineti yeni qərar qəbul etdi

Nazirlər Kabineti gömrük və qiymətli metallar sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı yeni qərar qəbul edib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar Prezidentin 16 mart 2026-cı il tarixli fərmanının icrasını təmin etməyə yönəlib. Sənədə əsasən, Ədliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə normativ hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bununla yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi emal edilməmiş almazların idxalı, ixracı və dövriyyəsinə dövlət nəzarəti ilə bağlı qaydaların və sertifikat formasının layihəsini bir ay müddətində təqdim edəcək.
Qərara əsasən, digər mərkəzi icra hakimiyyəti orqanları da öz normativ aktlarını qanun və fərmana uyğunlaşdırmalı, bu barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Eyni zamanda, Ədliyyə Nazirliyi bütün normativ aktların uyğunlaşdırılmasını təmin edərək 6 ay müddətində Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












