Banner

Nazirlər Milli Məclisə toplaşır - Mühüm məsələ GÜNDƏMDƏ

Gündəm 2 Noyabr 2026 09:36
Nazirlər Milli Məclisə toplaşır - Mühüm məsələ GÜNDƏMDƏ
WhatsApp kanalımıza abunə olun

2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır.

Avtosfer.az-ın məlumatına görə, büdcə zərfinə daxil olan sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də keçiriləcək iclasında müzakirə olunacaq.

Müzakirələrdə maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qurumların əməkdaşlarının iştirak edəcəyi gözlənilir.

Bundan əlavə, Milli Məclisin digər müvafiq komitələrinin iclaslarında da hökumət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir./oxu.az

 

Oxunub : 482
ŞƏRH YAZ
Ad

E-mail

Şərh