Nazirlik: "Avqustda da anomal istilər gözlənilir"

"Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır". Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib. O bildirib ki, ölkə ərazisində avqust ayının birinci ongünlüyündə havanın temperaturu çoxillik norma göstəricilərdən çox da fərqlənməyəcək: "Avqustun ilk ongünlüyündə havanın temperaturu bir qədər yüksək olsa da, kəskin istilər gözlənilmir. Avqustun 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Bu da temperaturun çox yüksəlməsinə imkan verməyəcək. Hava şəraiti hamı üçün, xüsusən də meteohəssas insanlar üçün əlverişli olacaq. Avqustun 6-dan sonra küləklər səngiyəcək, şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yüksəlməyə başlayacaq". U.Tağıyevanın sözlərinə görə, avqust ayında ayrı-ayrı günlərdə havanın temperaturunun yüksəlməsi proqnozlaşdırılır: "Yəni, havanın temperaturunun normadan xeyli yüksək olduğu günlər, kəskin istilər müşahidə oluna bilər. Avqust ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində anomal istilərin olması proqnozlaşdırılır".
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












