Nazirlik Bakıda ağac kəsən şəxsi 2200 manat cərimələyib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Avtosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib. Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətlərinə və həyəcan təbili çaldıqlarına görə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında yaşayan sakinlərə dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqelərini yüksək qiymətləndirir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO














