Nazirlik benzinin bahalaşmasını belə əsaslandırdı

Avqustun 19-dan etibarən Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Belə ki, artıq “Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. “Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub. Avtosfer.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzini Azərbaycana idxal olunur. “Həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir”. Qeyd edək ki, bundan əvvəl “Premium Euro-95” markalı benzin 1.25, “Super Euro-98” isə 1.50 manata satılırdı.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












