Nazirlik tibbi avadanlıq satan şirkətdən laqonda və metrə alır - 2,5 milyonluq sifariş

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi peşə emalatxanalarının satın alınması ilə bağlı tenderə yekun vurub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, tenderin qalibi "Viva Medical Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 594 437,27 manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Viva Medical Group” MMC 5 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 19A-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsgəndərsoy Pərviz Nurəddin oğludur.
Açıq mənbələrdə Pərviz İsgəndərsoy haqqında heç bir məlumata rast gəlinmir.
"Viva Medical Group” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, şirkət tibbi və laboratoriya avadanlıqlarının satışını həyata keçirir. "Viva Medical Group”un əsas məqsədi səhiyyə və təhsil sektorunu etibarlı, innovativ və ən müasir tibbi və laboratoriya avadanlıqları ilə təmin etməkdir”, - deyə məlumatda qeyd edilir.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi isə şirkətdən laqonda, metrə, drel ucluğu, kəlbətin, çəkic, elektrod, tikiş maşını və s. bu kimi təsərrüfat malları alır.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












