Nazpəri Dostəliyevanın evini qarət edənlərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Nazpəri Dostəliyeva və digərlərinin evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın Trend-ı istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Mikayıl Abdullayev deyib ki, təqsirləndirilən şəxslər onun evindən 25 min manata yaxın əmlakını aparıblar. Oğurluq hadisəsi qızının toyu günü baş verib. Proses sentyabrın 20-də davam etdiriləcək. Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb. Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb. Məlumata görə, A.Həmidov taksi sürücüsü olub. İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.
Qobustanda çökmə baş verən körpü sökülür - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı paylaşım edilib - VİDEO
Bakı-Tbilisi xətti ilə sərnişindaşıma bərpa olunur? - RƏSMİ AÇIQLAMA - FOTOLAR
Bu ərazidə avtobus zolağı taksilərin dayanacağına çevrilib - ŞİKAYƏT - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - EKSPERT AÇIQLADI
Hətta Ermənistan da bu cür tədbirlərin Bakıda keçirilməsini dəstəkləyir - EKOLOQ
Vyananın deputatı Azərbaycan və forumla bağlı nələri açıqladı? - FOTO
Azərbaycan Qlobal Forumda hansı nümunələri dünyaya çatdırır? - FOND SƏDRİ - FOTO
Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır – EKSPERT - FOTO
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO










