Nazpəriyə 350 min ödənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Nazpəri Dostəliyevanın və digər şəxslərin evindən oğurluq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli, Asif Həmidov, Cavid Əliyev və Natiq Fərəcovun məhkəməsi keçirilib. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Nazpəri Dostəliyevanın məhkəməyə gəlmədiyi bildirilib. O, teleqram vuraraq prosesdə iştirak edə bilməyəcəyini deyib: "İstintaqa verdiyim ifadəmi təklif edirəm. Mənə dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm". Proses oktyabrın 4-də davam etdiriləcək. N.Dostəliyeva istintaqa ifadəsində deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib: "İstintaq dövründə qızıllarım və pullarımın bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilən şəxslərin valideynləri tərəfindən yerdə qalan qızıl və pulum da ödənilib".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












