Neft bahalaşa bilər - VİDEO

Bu ilin iyulundan başlayaraq neftin qiyməti kəskin şəkildə ucuzlaşmağa başlayıb. Səbəb OPEC-in hasilatın artırılması ilə bağlı qərarı idi. Təbii ki, bu tendensiyaya təsir edən müxtəlif siyasi amillər də olub. Amma gedişat onu göstərir ki, neft hasilatının artırılması "qara qızıl"ı ucuzlaşdırıb. İndi OPEC vəziyyəti düzəltmək üçün hasilatın azaldılmasını tövsiyə edib. Amma yekun qərar növbəti həftə baş tutacaq iclasdan sonra bəlli olacaq.
Avtosfer.az-ın məlumatına görə, 2019-cu ildə neftin qiymətinin yüksək olacağı ilə bağlı ehtimallar yüksəlir. "Bloomberg" agentliyinin yaydığı xəbərə görə, OPEC Katibliyi üzv ölkələrə gələn il neft hasilatını 2018-ci ilin oktyabrı ilə müqayisədə sutkada 1,3 milyon barel azaltmağı tövsiyə edib. Məlumatda qeyd edilib ki, neft istehsalının azaldılmasına əsas səbəb zəif tələbat və ABŞ-da şist neft hasilatının intensiv artımıdır.
Tövsiyə gələn həftə Vyanada OPEC+ Nazirlər Monitorinq Komitəsinə təqdim ediləcək.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, OPEC-in hasilatın azaldılması ilə bağlı verdiyi tövsiyə "qara qızıl"ın qiymətinin bahalaşacağı ilə bağlı ümidləri artırır. Hasilatın hansı səviyyədə olacağı OPEC ölkələrinin dekabrin 6-da, OPEC-ə üzv olmayan ölkələrin isə 7 dekabrda qəbul edəcəyi qərardan asılı olacaq.
Ekspert deyir ki, bazarda təklifin artması OPEC-ə üzv olan və olmayan ölkələr üçün də sərfəli olmadığından hasilatın azaldılacağı gözləniləndir.
Görünən odur ki, indi bütün dünyanın diqqəti OPEC-in növbəti həftə baş tutacaq iclasına yönəlib.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










